cibində siçan oynayır

someone is out of pocket / someone does not have a penny / someone does not have a penny to his name (to bless himself with) / someone is broke (of a penniless person) ветер свистит в кармане / один ветер за пазухой (полное безденежье)
cibiboş (pulsuzluq)
Cibində siçanlar oynayır.
OBASTAN VİKİ
Siçan
Ev siçanı (cins)
Cırtdan siçan
Cırtdan siçan (lat. Micromys minutus) — gəmiricilər dəstəsindən məməli heyvan növü. Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur. == Qısa təsviri == Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Siçan (kompüter)
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Siçan (personaj)
Siçan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Uzunquyruqlu siçan
Uzunquyruqlu siçan —gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür . Kiçik siçan bədəni 6–7 sm uzunluğunda, uzun nazik quyruğu ilə, uzunluğu 10–11 sm-ə çatır.Rəngi ​​monotondur — qəhvəyi-boz, qarında daha açıq, arxada isə daha tünddür. Coğrafi cəhətdən digər siçan növlərindən təcrid olunmuşdur. Heyvanın iqtisadi əhəmiyyəti öyrənilməmişdir. Əhalidəki fərdlərin sayı yəqin ki, azdır. Uzunquyruqlu siçanlar Primoryedə, Mançuriyanın şimalında və Saxalində yaşayırlar.Uzunquyruqlu siçanın sığınacaqları hələ aşkar edilməyib.Düzdür, bir heyvan gənc ağcaqovaqda ot və yarpaqlardan toxunmuş sferik yuvada tutuldu, amma onu özü tikdi, yoxsa başqasının imkanlarından istifadə etdi, bilinmir. Uzunquyruqlu siçanın qidalanması digər növlərin qidalanmasına çox bənzəyir, lakin onun qidasının tərkibində toxum qidası üstünlük təşkil edir. Gəmirici toxumdan başqa itburnu, limon otu, qırmızı qarağat, tırtıl, milçək, hörümçək, çəyirtkə ilə qidalanır.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Opto-mexaniki siçan
Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur. 1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi. Opto-mexaniki siçanın iş mexanizmi: Siçan hərəkət etdikdə top dönür. Top X və Y silindirlərinə toxunaraq hərəkəti ötürür.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ayı və siçan (film, 1970)
Ayı və siçan filmi rejissor Nazim Məmmədov tərəfindən 1970-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın. == Məzmun == Mikrocizgi filmində deyilir ki, çətin anda ehtiyacı olana kömək əlini uzadanın xeyirxah əməli gərək unudulmasın, həmişə yadda qalsın. Ümumiyyətlə, yaxşılıq etmək hər bir kəsin borcudur. == Film haqqında == Film Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Seyid Əzim Şirvaninin eyniadlı təmsili əsasında yaradılmışdır. == Filmin üzərində işləyənlər == Əsərin müəllifi: Seyid Əzim Şirvani Ssenari müəllifi: Maqsud İbrahimbəyov Rejissor: Nazim Məmmədov Operator: Aleksandr Milov Rəssam: Nazim Məmmədov Bəstəkar: Oqtay Zülfüqarov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Siçan və pişik (film, 2008)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Pıspısa Xanım və Siçan Bəy (1974)
Burada belə bir fikir söylənilir ki, hər bir adamın dostu olmalıdır. Lakin dost qazanmaq üçün sən də dostluq etməyi bacarmalısan. Film Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Nataliya Şneyer (Natalya Şneyer), İntiqam Qasımzadə Quruluşçu rejissor: Ağanağı Axundov, Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Ramiz Mirişli Operator: Ramiz Babayev Səs operatoru: Kamal Seyidov Mahnıların sözləri: Ramiz Rövşən Redaktor: Ədhəm Qulubəyov Cizgi rəssamı: A.Viken, N.Bondar Montaj edən: Rəfiqə İbrahimova Rejissor assistenti: Hafiz Əkbərov Rəssam assistenti: Elçin Axundov Operator assistenti: Y.Əliyev Filmin direktoru: H.Cəfərov Mahnını ifa edir: Flora Kərimova A.Babayev Rafiq Qasımov Dadaş Kazımov — çoban H.Cavadov Zemfira İsmayılova — Pıspısa xanım Ağaxan Salmanov — canavar C.Soltanov Tıq-tıq xanım Siçan bəy Çoban Tülkü Kirpi Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Pıspısa xanım və Siçan bəy (film, 1974)
Burada belə bir fikir söylənilir ki, hər bir adamın dostu olmalıdır. Lakin dost qazanmaq üçün sən də dostluq etməyi bacarmalısan. Film Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Nataliya Şneyer (Natalya Şneyer), İntiqam Qasımzadə Quruluşçu rejissor: Ağanağı Axundov, Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Bəstəkar: Ramiz Mirişli Operator: Ramiz Babayev Səs operatoru: Kamal Seyidov Mahnıların sözləri: Ramiz Rövşən Redaktor: Ədhəm Qulubəyov Cizgi rəssamı: A.Viken, N.Bondar Montaj edən: Rəfiqə İbrahimova Rejissor assistenti: Hafiz Əkbərov Rəssam assistenti: Elçin Axundov Operator assistenti: Y.Əliyev Filmin direktoru: H.Cəfərov Mahnını ifa edir: Flora Kərimova A.Babayev Rafiq Qasımov Dadaş Kazımov — çoban H.Cavadov Zemfira İsmayılova — Pıspısa xanım Ağaxan Salmanov — canavar C.Soltanov Tıq-tıq xanım Siçan bəy Çoban Tülkü Kirpi Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.